Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yaşayış binasında yanğın baş verib

© AFP 2023 / Sergei SupinskyYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 83 kv.m olan 5 otaqlı mənzildə baş verib.

BAKI, 21 apr — Sputnik. Bakıda yanğın hadisəsi qeydə alınıb.

Sputnik-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan 5 otaqlı mənzildə baş verib.  

Yanğın nəticəsində, mənzilin 1 otağında 5 kv.m sahədə yumşaq mebel dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildə olan 2 nəfər xilas edilib və təhlükəsizlik məqsədilə binadan 17 nəfər sakin təxliyə olunub. Yanğından mənzil mühafizə olunub.

Xəbər lenti
0