Ovçu

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldılar

69
Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, ümumilikdə 8000 manat məbləğində cərimə tətbiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)  əməkdaşları tərəfindən "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması ilə bağlı ölkə ərazisində növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 13 aprel 2016-cı il tarixində Salyan rayon ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən Hacıqabul rayonu Qarasu kənd sakini Vurğun Məlikov, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Butti Ghamin Ali Ahmed Almansoori, Mohamed Eisa Mohamed Hamdan Almansoori və Salem Sultan Salem Kltham Alkedən saxlanılıb. Onlardan 1 ov tüfəngi və 16 ədəd patron götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 2000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, xarici vətəndaşların ölkə ərazisindən çıxarılması və gələcəkdə Azərbaycan Respublikasına buraxılmaması ilə əlaqədar mövcud qanunvericiliyə uyğun tədbir görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

69
Teqlər:
ovçuluq, ovçu, ov, "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanunu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb
Ərəb şeyxlərinə Azərbaycanda ov etmək icazəsi rəsmən verildi
Qanunsuz balıq ovu ilə bağlı irimiqyaslı reydlərə başlanılıb
Azərbaycanda qanunsuz ov edən İraq və Suriya vətəndaşları saxlanılıb
Qanunsuz ova görə 18500 manat həcmində cərimələndi