Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ekvador zəlzələsində ölənlərin sayı 80-ə yaxınlaşıb

© REUTERS / Patricio RamosПоследствия землетрясения в Эквадоре. Архивное фото
Последствия землетрясения в Эквадоре. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi gözlənilən sunami təhlükəsinin artıq sovuşduğunu bəyan edib. Buna görə prezident sunami təhlükəsi ilə əlaqədar evlərini tərk edənləri geri qayıtmağa çağırıb.

BAKI, 16 apr — Sputnik. Aprelin 16-da gecə Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində azı 77 nəfər həlak olub.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, ölkənin vitse-prezidenti Xorge Qlas təxminən 600 nəfərin yaralandığını və ölənlərin sayının artması ehtimalının yüksək olduğunu bildirib. Ölkənin altı əyalətində fövqəladə vəziyyət rejimi hələ də qüvvədə qalır.

Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi gözlənilən sunami təhlükəsinin artıq sovuşduğunu bəyan edib. Buna görə də Xorge Qlas sunami təhlükəsi ilə əlaqədar evlərini tərk edən vətəndaşları geri qayıtmağa çağırıb.

Zəlzələdən dərhal sonra Ekvador Daxili İşlər Nazirliyi dəniz sahilinə yaxın ərazilərin 72 saat ərzində əhali üçün qapalı olduğunu elan edib. Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə işlərinə 10 min əsgər və 3500 polis cəlb edib. Ölkədə fəaliyyət göstərən mobil operatorlar isə müştərilərinin qısa mesaj xidmətindən pulsuz istifadə edə biləcəkləri barədə məlumat yayıb.

Ekvadorda çoxlu insan tələfatı ilə nəticələnən sonuncu güclü zəlzələ 1987-ci ildə baş vermişdi. Həmin vaxt 7,2 bal gücündəki zəlzələ min nəfərin ölümünə səbəb olmuşdu.

Xəbər lenti
0