Milli Məclis

Hesablama Palatası 50 milyon manatlıq qanunsuzluğun üstünü açıb

48
Əsasən əməyin ödənilməsi, fondların təmir və tikintisi, həmçinin dövlət satınalmalarının həyata keçirilməsində mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi zamanı nöqsanlara yol verildiyi ortaya çıxıb

BAKI, 15 apr — Sputnik. "2015-ci ildə Hesablama Palatasının iş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə biri ekspert-analitik təhlil olmaqla 84, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 24 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar verilib. Bir audit tədbiri audit dövründə həmin qurumun vəzifəli şəxsləri ilə bağlı aidiyyəti orqanlar tərəfindən cinayət işinin başlanılması səbəbindən dayandırılıb, 1 audit tədbiri isə növbəti ilə keçirilib".

Sputnik xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti ilə bağlı hesabatı təqdim edən Palatanın sədri Vüqar Gülməmmədov deyib. "Bundan əlavə, hesabat ilində 2014-cü ilin iş planı üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılıb və bu hesabata daxil edilib. 2015-ci ildə başa çatdırılmış nəzarət tədbirləri 175 qurumun, o cümlədən 29 rayon icra hakimiyyəti orqanının və Azərbaycan Respublikasının xarici ölkələrdəki 4 diplomatik korpusunun fəaliyyətini əhatə edib", —deyə V. Gülməmmədov bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinin xərcləri üzrə nöqsanların qruplaşdırılmasını aparsaq, əsasən əməyin ödənilməsi, əsas fondların təmiri, tikintisi və bərpası işlərində, dövlət satınalmalarının həyata keçirilməsində mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi zamanı yol verilmiş nöqsanların böyük xüsusi çəkiyə malik olduğunu görərik: "Ümumilikdə, hesabat ilində dövlət büdcəsinin gəlirləri, dövlət büdcəsinin xərcləri, Baş Prokurorluğa göndərilmiş materiallar və əvvəlki illərdə aparılmış nəzarət tədbirlərinin nəticələri nəzərə alınmaqla, 10286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib".

Palata sədri qeyd edib ki, həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilib ki, audit olunan qurumlar tərəfindən ümumilikdə 49,2 milyon manat məbləğində vəsait vahid büdcə təsnifatı ilə təsdiq edilmiş iqtisadi və funksional təsnifat kodu üzrə icra olunmayıb: "Son dövrlərdə aktuallaşan bir məsələ də məhz vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlıdır və artıq bununla əlaqədar müvafiq qanunvericilik aktlarına zəruri əlavələr olunmaqdadır. Mövcud qanunvericilik aktlarında ümumiyyətlə təyinatdan kənar xərc anlayışına dəqiq izah verilməsinə ehtiyac var".

"Belə ki, təyinatdankənar xərc dedikdə, büdcədən ayrılan vəsaitin yalnız vahid büdcə təsnifatının funksional və iqtisadi təsnifat üzrə icra edilməməsi ilə yanaşı, malın və görülmüş işin optimal qiymətə ödənilməməsi səbəbindən artıq vəsaitin xərclənməsi, vəsaitlərin ünvanlı ödənilməməsi və xərclər smetasında planlaşdırıldığı kimi, icra edilməməsi də başa düşülməlidir. Bu anlayışın müfəssəl təsviri nəzarət tədbirlərinin effektiv nəticələnməsinə yardımçı olacaq", —Gülməmmədov əlavə edib.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

48
Teqlər:
qanunsuzluq, Vüqar Gülməmmədov, Milli Məclis, dövlət büdcəsi, Hesablama Palatası
Əlaqədar
Ağacların qanunsuz kəsilməsinə göstəriş verən vəzifəli şəxs 6 min manat cərimələndi
3 vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi
Qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb
Televiziyalara qanunsuz sponsorluq edənləri yüksək cərimələr gözləyir
Apteklərdə reyd keçirilib, çoxlu qanunsuzluqlar aşkarlanıb
Qanunsuz toplantı, mitinq və yürüşlərə görə cəzalar ağırlaşdırılır
Nardaran məscidlərinin fəaliyyəti qanunsuzdur
Qadın pəncərə yaxınlığında, arxiv şəkli

Bakıda daha bir intihar - özlərini eyni üsulla öldürdülər

33
(Yenilənib 19:55 26.01.2021)
Hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb

BAKI, 26 yanvar - Sputnik. Bakıda daha bir intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, iki gün əvvəl Bakının Nərimanov rayonunda oxşar intihar hadisəsi olmuşdu. 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atmış, hadisə yerində keçinmişdi.

33
Teqlər:
qadın, Bakı, intihar

Can bazarında axtarışlar: Xırdalanda xilasetmə işləri - FOTO

15
(Yenilənib 17:35 26.01.2021)
On səkkiz saat davam edən axtarışlardan sonra FHN-in xilasediciləri körpə Fatimənin cansız bədənini dağıntılar arasından çıxara bildilər

Yanvarın 25-i saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas ediblər. İki nəfər isə təəssüf ki, həlak olub. 

Sputnik Azərbaycan bildirir ki, həlak olanlardan biri - 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini xilasedicilər bu gün günorta saatlarında dağıntılar arasından çıxara biliblər. Fatimənin anası, 33 yaşlı Aytən Musayevanın meyiti isə dünən gecə saatlarında tapılıb. Onun həyat yoldaşı, 38 yaşlı Vüsal Musayev və 12 yaşlı oğlu Firudin Musayev partlayışdan sağ qurtulsalar da, xəsarət aldıqlarından xəstəxanaya yerləşdiriliblər. 

Dağıntılar arasında axtarışlara Fövqəladə Hallar Nazirliyinin 228 əməkdaşı, eləcə də 19 texnikası, dörd xidmət iti, həmçinin Dövlət Yanğından Mühafizə Xidmətinin 20 əməkdaşı və 3 ədəd texnikası cəlb edilmişdi.

15
  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

Teqlər:
fotolent, axtarış, xilasedicilər, dağıntılar, partlayış, Xırdalan
: İnsanın kölgəsi, arxiv şəkli

Hökumət qərarı sərtləşdirdi, 40 min avroluq maska oğurlandı

0
(Yenilənib 22:03 26.01.2021)
Almaniya hökuməti maskaların taxılması ilə bağlı qərarı sərtləşdirdikdən sonra ölkədə böyük oğurluq baş verib.

BAKI, 26 yanvar - Sputnik. Almaniyanın Güterslo şəhərindəki anbardan dəyəri 40 min avro olan on konteyner maska oğurlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, oğrular FFP2 tipli maskaların olduğu anbara girərək on konteyner maskanı oradan çıxarıblar.

Almaniyada yanvar ayından etibarən mağazalarda və ictimai nəqliyyatda FFP2, FFP3 və КN95/N95 maskalarının taxılması məcburi elan edilib. Evdə tikilən maskaları taxmaq isə qadağandır, çünki onlar koronavirusdan etibarlı şəkildə qorumur.

0
Teqlər:
oğurluq, Almaniya, maska