Baş Prokurorluq

Prokurorluq baş redaktora xəbərdarlıq etdi

10
"Femida-007" qəzetinin rəhbərliyi tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilib

BAKI, 14 apr — Sputnik. "Femida.az" internet saytının adından və elektron poçt ünvanından sui-istifadə etməsi ilə bağlı "Femida-007" qəzeti barəsində qanunamüvafiq tədbir görülməsinə dair həmin saytdan daxil olmuş müraciət Baş Prokurorluqda araşdırılıb. Bu barədə Sputnik-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar nəticəsində "Femida-007" qəzetinin rəhbərliyi tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edildiyindən qəzetin baş redaktoru Baş Prokurorluğa dəvət edilərək ona "Prokurorluq haqqında" Qanunun 22-ci maddəsinə müvafiq qaydada yol verdiyi qanun pozuntusunun aradan qaldırılmayacağı təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

10
Teqlər:
qəzet, xəbərdarlıq, Baş Prokurorluq, "Femida-007", "Femida.az"
Əlaqədar
Baş redaktor istefa verdi
Baş redaktorlar prezidentin hərəkətini təqdir ediblər
Ərdoğan baş redaktoru məhkəməyə verdi
Bu qəzet bu gün sonuncu dəfə çıxır
Qəzetlər bu zərbənin altından necə qalxacaq?
Nəşriyyat qiymətləri qaldırdı, bəs qəzetlər?