Yağış

Yenə yağış yağacaq

5
(Yenilənib 14:38 14.04.2016)
Sabah paytaxt və bölgələrdə gün ərzində arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 14-19, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti olacaq.

BAKI, 14 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 15-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Bakıda yağış
© Sputnik / Xalid Memmedov

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 14-19, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 15-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

5
Teqlər:
iqlim, bölgə, paytaxt, külək, hava, yağış
Əlaqədar
Sabah paytaxtda yağış yağacaq
Rayonlarda yağış gözlənilir
İntensiv yağışlar gəlir
Bakıda yenə yağış yağacaq
Yağışlı hava şəraiti nə vaxtadək davam edəcək?