Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah meteohəssas insanlar üçün əlverişli gün olacaq

© AzərtacGünəşli hava
Günəşli hava - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

BAKI, 12 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında Aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Soyuq Hava kütlələri - Sputnik Azərbaycan
HADİSƏ
Hava şəraiti yenə dəyişəcək

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 17-22, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 13-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 13-14-də Abşeron yarımadasında gözlənilən mülayim yaz havası meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti
0