Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtın daha bir mərkəzi küçəsi bağlanacaq

© NİİMNeftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində təmir
Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində təmir - Sputnik Azərbaycan
Abunə olmaq
Neftçilər prospektinin Azneft dairəsindən başlayaraq Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsi aprelin 10-u saat 17:00-dan aprelin 11-i saat 21:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq

BAKI, 11 apr — Sputnik. Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir.

"Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir. Bu səbəbdən, Neftçilər prospektinin Azneft dairəsindən başlayaraq Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsi aprelin 10-u saat 17:00-dan aprelin 11-i saat 21:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq", —deyə bildirilir.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Xəbər lenti
0