Yağışlı havada oynayan uşaqlar

Rayonlarda yağış gözlənilir

4
(Yenilənib 13:12 07.04.2016)
Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 15-20, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq.

BAKI, 7 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah səhər bəzi yerlərdə zəif duman olacaq.

Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 15-20, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

4
Teqlər:
bulud, külək, yağış, iqlim, hava
Əlaqədar
Yağışlı hava şəraiti davam edəcək
İntensiv yağışlar gəlir
Sabah yağış yağacaq
Yağışlı hava şəraiti davam edəcək
Bakıda yenə yağış yağacaq
Sabah yağış və külək olacaq