Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Temperatur yüksəlir

© Sputnik / Shahperi AbbasovaQışın son günlərində havaların mülayim keçməsi bəzi meyvə ağaclarının vaxtından əvvəl çiçək açmasına səbəb olub
Qışın son günlərində havaların mülayim keçməsi bəzi meyvə ağaclarının vaxtından əvvəl çiçək açmasına səbəb olub - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

BAKI, 6 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Hava - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxt və bölgələrdə sabaha olan hava proqnozu

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Xəbər lenti
0