Şəhid Sərxan Bağırovun dəfn mərasimi

Şəhidimiz torpağa tapşırıldı

316
(Yenilənib 13:48 05.04.2016)
19 yaşlı Sərxan Bağırov doğulduğu Göygöl rayonun Alıməmmədli kəndində dəfn edilib. Mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib, havaya yaylım atəşi açılıb.

BAKI, 5 apr — Sputnik. Qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı şəhid Sərxan Bağırov doğulduğu Göygöl rayonun Alıməmmədli kəndində torpağa tapşırılıb.

Sputnik xəbər verir ki, dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, şəhidin hərbçi yoldaşları iştirak ediblər. Çıxış edənlər Sərxanın döyüş yoluna nəzər salaraq onun qorxmaz hərbçi olduğunu, düşmənə layiqli cavab verdiyini bildiriblər.

Mərasimdə, həmçinin Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşindən sonra şəhid dəfn edilib. Sərxan Bağırov ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.

  • Sərxan Bağırov ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb
    Sərxan Bağırov ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb
    © Sputnik / Ilham Mustafa
  • Şəhid Sərxan Bağırovun dəfn mərasimi
    Şəhid Sərxan Bağırovun dəfn mərasimi
    © Photo : Ilham Mustafa
  • Şəhid Göygöl rayonunun Alıməmmədli kəndində torpağa tapşırılıb
    Şəhid Göygöl rayonunun Alıməmmədli kəndində torpağa tapşırılıb
    © Sputnik / Ilham Mustafa
  • Dəfn mərasimində rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin hərbçi yoldaşları iştirak ediblər
    Dəfn mərasimində rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin hərbçi yoldaşları iştirak ediblər
    © Sputnik / Ilham Mustafa
1 / 4
© Sputnik / Ilham Mustafa
Sərxan Bağırov ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb

316
Teqlər:
Sərxan Bağırov, dəfn, şəhid, əsgər
Mövzu:
Cəbhə xəttində gərginliyin artması (49)
Əlaqədar
"Güllə sağ gicgahımdan girib, sol gicgahımdan çıxdı"
Müharibə mədəniyyəti
Tərtərlilərdən bütün Azərbaycana mesaj
Cəbhə bölgəsindən son xəbər: 16 şəhidimiz var, ermənilərin 70 əsgəri məhv edilib
Müdafiə naziri əmr verdi: "Xankəndini vuracağıq"
Gecə vaxtı yol, arxiv şəkli

Xalq artisinin qardaşı intihara cəhd etdi

35
(Yenilənib 21:20 27.11.2020)
Canına qəsd etmək istəyən kişi xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib

BAKI, 27 noyabr - Sputnik. Xalq artisti Əlixan Səmədovun qardaşı, 1966-cı il təvəllüdlü Vəlixan Səmədov özünü Sumqayıtda, Sülh küçəsində avtomobilin altına atıb. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, canına qəsd etmək istəyən V.Səmədov xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.

35
Teqlər:
xəsarət, avtomobil, intihara cəhd, qardaş, xalq artisti
Narkotik, arxiv şəkli

İranla sərhəddə iki qardaş tutuldu

9
(Yenilənib 17:27 27.11.2020)
Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb, onun yaşadığı mənzilə baxış keçirilərkən 0,5 kq narkotik vasitə "heroin" və 115 ədəd "Metadon-40" həbləri aşkar olunaraq götürülüb.

  • Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
  • Saxlanılan şəxslərdən götürülən narkotik maddə
    © State Border Service of Azerbaijan Republic
  • Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs

Dindirmə zamanı M.Məmmədov dövlət sərhədini qardaşı, Astara rayonunun Rüdəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Məmmədov Seymur Təyyubulla oğlu ilə birlikdə qanunsuz olaraq keçdiyini etiraf edib.

Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov yaşadığı evdə saxlanılıb, araşdırma zamanı onun əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb, vətəndaş M.Məmmədov və S.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

9
Teqlər:
qardaşlar, sərhəd, Astara, İran, narkotacir

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

7
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

7
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması