Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bomba olayı belə başa çatdı

© neharada.az28 Mall ticarət mərkəzi
28 Mall ticarət mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Ticarət mərkəzində partlayıcı olması barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, istehkamçılar, polis əməkdaşları, təcili yardım briqadaları cəlb edilib.

BAKI, 4 apr — Sputnik. Paytaxtın Nəsimi rayonu ərazisində, “28 Mall” ticarət mərkəzində baş vermiş bomba olayı sona çatıb.

Bu barədə Sputnik APA-ya istinadən məlumat verir.

Ticarət mərkəzində partlayıcı olması barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, istehkamçılar, polis əməkdaşları, təcili yardım briqadaları cəlb edilib.

Ticarət mərkəzinin partlayıcının olduğu bildirilən hissəsinə giriş məhdudlaşdırılıb, istehkamçılar axtarışlara başlayıblar.

Axtarış işləri 1 saata yaxın davam edib. APA TV-nin əldə etdiyi məlumata görə, ticarət mərkəzinə bomba qoyulması ilə bağlı məlumat təsdiqlənməyib.

Xəbər lenti
0