Hava

Paytaxt bölgələrdə sabaha olan hava proqnozu

40
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

BAKI, 4 apr — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

40
Teqlər:
iqlim, bulud, yağmur, hava, yağış
Əlaqədar
Apreldə gözlənilən hava proqnozu açıqlandı
Sabah hava necə olacaq?
Yağışlı hava şəraiti davam edəcək
Sabah Azərbaycanda yay havası olacaq
Sabaha olan hava şəraiti açıqlandı
Qəza, arxiv şəkli

Goranboyda ağır qəza 3 nəfər öldü, 4 nəfər xəsarət aldı

22
(Yenilənib 12:43 14.07.2020)
Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

BAKI, 14 iyul — Sputnik. İyulun 13-də saat 22 radələrində Naftalan şəhərinin Qaşaltı kəndi ərazisində 1993-cü il təvəllüdlü Orxan Həsənəliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 1996-cı il təvəllüdlü Camal Dadaşovun idarə etdiyi "VAZ 2107" avtomobil toqquşub.

Sputnik Azərbaycan Goranboy prokurorluğunun məlumatına istinadla xəbər verir ki, hadisə zamanı 3 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

22
Top ilə gənc, arxiv şəkli

Qubada karantin rejimini pozan "futbolçular" cərimə olundular

14
(Yenilənib 12:33 14.07.2020)
Onlar barəsində də İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

BAKI, 14 iyul — Sputnik. Qubada karantin rejimini pozub futbol oynayanlar saxlanılıb.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Birinci Nügədi kəndi ərazisində qaydaları pozaraq futbol oynayan 25 nəfər şəxs saxlanılıb.

Onlar barəsində də İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

14
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Quşçuluq ferması

Quşçuluq təsərrüfatları çətin dönəmdə - Yeməyə toyuq tapmayacağıq

0
"Quş yemi idxalı bahalaşıb. Yemin qiyməti artsa da, quş ətinin yerli istehsalında qiymət artımı yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. "Quşçuluq təsərrüfatlarında çətinlik var. İşçilərin sayının azalması istehsala təsir edir".  Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev söyləyib. O bildirib ki, quş yeminin xaricdən gətirilməsi pandemiya dövründə istehsala təsirsiz ötüşməyib: "Quş yemi idxalı bahalaşıb. Yemin qiyməti artsa da, quş ətinin yerli istehsalında qiymət artımı yoxdur".

A.Vəliyev qanunsuz quş əti istehsalı məsələsinə də toxunub. O bildirib ki, belə gizli sexlərin aşkarlanması vacibdir: "Nəzarətsiz istehsal edilən quş ətləri, onlara vurulan maye araşdırılmalıdır. Bunu edənlər cinayətkardır. Quş əti istehsalı ilə qanuni məşğul olan şirkətlərin istehsal etdikləri məhsulun üzərində zəruri qeydlər olur. Məhsulun harada, nə vaxt istehsal edildiyi əks olunur. Amma bu gün gizli sexlərdə quş ətinə vurulan mayenin tərkibi məlum deyil".

0