Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Diyarbəkirdə törədilən partlayış nəticəsində 7 polis əməkdaşı həlak olub

© REUTERSВ центре столицы Турции взорвался автомобиль, начиненный взрывчаткой
В центре столицы Турции взорвался автомобиль, начиненный взрывчаткой - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin baş naziri Əhməd Davudoğlunun aprelin 1-də Diyarbəkirə səfəri planlaşdırılıb.

BAKI, 31 mar — Sputnik. Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktı nəticəsində 7 polis əməkdaşı həlak olub, 23 nəfər isə yaralanıb.

Sputnik-in NTV telekanalına istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarını daşıyan mikroavtobusun yaxınlığında  minalanmış avtomobil partladılıb.

Yaralılar arasında mülki şəxslərin də olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşlarından üçünün vəziyyəti ağırdır. 

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun aprelin 1-də Diyarbəkirə səfəri planlaşdırılıb.  

Xəbər lenti
0