Rüşvət alarkən

Bankın vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

41
"Muğanbank"ın Kredit Departamentinin müdirinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşın razılığı olmadan, saxta etibarnamə əsasında ona məxsus mənzili qanunsuz olaraq bankın xeyrinə ipoteka ilə yüklü etdiyi ortaya çıxıb

BAKI, 31 mart — Sputnik. "Muğanbank" ASC-nin Kredit Departamentinin müdirinin qanunsuz əməlləri barədə Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Sputnik-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı "Muğanbank" ASC-nin Kredit Departamentinin müdiri Samir İsmayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşın razılığı olmadan saxta etibarnamə əsasında ona məxsus mənzili qanunsuz olaraq qeyd olunan bankın xeyrinə ipoteka ilə yüklü etməklə vəzifə saxtakarlığı etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

41
Teqlər:
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Bakı Apellyasiya Məhkəməsi, "Muğanbank" ASC, kredit, bank
Əlaqədar
Ağacların qanunsuz kəsilməsinə göstəriş verən vəzifəli şəxs 6 min manat cərimələndi
Qanunsuz dollar dəyişərkən yaxalandılar
Qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb
Qanunsuz küçə ticarəti o qədər də "qanunsuz" deyilmiş...
Azərbaycanda qanunsuz sponsorları və KİV-i hansı aqibət gözləyir?
Televiziyalara qanunsuz sponsorluq edənləri yüksək cərimələr gözləyir