Qazax rayonunun Bakı küçəsindəki Poylu arxı

Bu insanlar yoluxucu xəstəliklə üzə-üzə qalıblar

41
Müstəqillik dövründən bu yana arxa kanalizasiya xətləri, xəstəxanaların, bəzi binaların və fərdi yaşayış evlərinin zir-zibili axıdılıb. Ətrafda yaşayan sakinlər dəfələrlə malyariya və epidemiya kimi xəstəliklərə tutulublar.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Qazax rayonu, Bakı küçəsinin sakinləri, məhəllədən keçən Poylu arxının antisanitar şərait yaratdığından şikayətçidirlər. Sputnik-ə müraciət edən şikayətçilər, sovet dövründə vaxtlı-vaxtında təmizlənən arxın hazırda nəzarətsiz qaldığını və bu problemin onların səhhətinə təhlükə olduğunu deyiblər.

Ötən əsrin ortalarında çəkilən arx üzüm bağlarının suvarılması məqsədilə istifadə olunub. Vaxtilə qab-qacaq və paltar yuyulan arx müstəqillik dövründə tamamilə baxımsız qalıb, axıdılan tullantılar müxtəlif xəstəliklərə yol açıb.

Məhəllə sakini Elmar Rzalı bildirib ki, kanalizasiya xətləri arxa yönəldilib: "Müstəqillik dövründən bu yana arxa kanalizasiya xətləri, xəstəxanaların, bəzi binaların və fərdi yaşayış evlərinin zir-zibili axıdılıb. Qabaqlar ildə bir dəfə gəlib təmizləyirdilər, sonra tamamilə yaddan çıxarıldı".

  • Qazax rayonunun Bakı küçəsindəki Poylu arxı
    Qazax rayonunun Bakı küçəsindəki Poylu arxı
    © Sputnik / Hikmet Orhun
  • Ötən əsr ortalarında çəkilən arx üzüm bağlarının suvarılması məqsədilə istifadə olunub
    Ötən əsr ortalarında çəkilən arx üzüm bağlarının suvarılması məqsədilə istifadə olunub
    © Sputnik / Hikmet Orhun
  • Arx vaxtilə qab-qacaq və paltar yumaq üçün istifadə edilib
    Arx vaxtilə qab-qacaq və paltar yumaq üçün istifadə edilib
    © Sputnik / Hikmet Orhun
  • Müstəqillik dövründə kanalizasiya xətləri arxa yönəldiildiyindən, ortaya belə mənzərə çıxıb
    Müstəqillik dövründə kanalizasiya xətləri arxa yönəldiildiyindən, ortaya belə mənzərə çıxıb
    © Sputnik / Hikmet Orhun
  • Sovet dövründə vaxtlı-vaxtında təmizlənən arxın hazırda nəzarətsiz qalıb
    Sovet dövründə vaxtlı-vaxtında təmizlənən arxın hazırda nəzarətsiz qalıb
    © Sputnik / Hikmet Orhun
  • Məhəllə sakinlərinin sözlərinə görə, arx dəfələrlə müxtəlif epidemiyalara səbəb olub
    Məhəllə sakinlərinin sözlərinə görə, arx dəfələrlə müxtəlif epidemiyalara səbəb olub
    © Sputnik / Hikmet Orhun
  • Əvvəllər arxı ildə bir dəfə gəlib təmizləyirdilər, son illər isə tamam yaddan çıxarıblar
    Əvvəllər arxı ildə bir dəfə gəlib təmizləyirdilər, son illər isə tamam yaddan çıxarıblar
    © Sputnik / Hikmet Orhun
  • Problem yaxın vaxtlarda həll edilməsə ötən illərdə mövcud olan xəstəliklər yenidən baş qaldıracaq
    Problem yaxın vaxtlarda həll edilməsə ötən illərdə mövcud olan xəstəliklər yenidən baş qaldıracaq
    © Sputnik / Hikmet Orhun
1 / 8
© Sputnik / Hikmet Orhun
Qazax rayonunun Bakı küçəsindəki Poylu arxı

Məhəllə sakini onu da deyib ki, arx tamamilə xəstəlik mənbəyidir: "1999-cu ildən başlayaraq, 4-5 il malyariya xəstəliyi epidemiya kimi yayılmışdı. Arxın keçdiyi ərazilərdə az qala hamı yoluxmuşdu. Bizim məhəllədə minimum hərə 4-5 dəfə bu xəstəliyə tutulub".

O, qeyd edib ki, yaranmış problemə yaxın vaxtlarda əlaqədar orqanlardan nəzarət olmasa, ötən illərdə mövcud olan xəstəliklər yenidən baş qaldıracaq. Məsələylə bağlı Qazax "Su-Kanal" idarəsi ilə əlaqə yaratmağa çalışsaq da, cəhdimiz boşa çıxdı.

41
Teqlər:
malyariya, epidemiya, yoluxucu, arx, Qazax, Bakı, xəstəlik, küçə
Əlaqədar
Bu küçədən keçmək məsləhət deyil
"Harada narkoman, avara, küçə uşağı var, avtobusu veriblər ki, get bizim üçün pul qazan"
Paytaxtın acınacaqlı halı: şərhsiz...
Bakını üzən şəhərə çevirməyə çalışan kimdir?
Azərbaycanda ən çox hansı xəstəlikdən ölürlər?