Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Sınıq Körpü"də problem: vətəndaşların sənədləri müsadirə olunur

© Sputnik / Андрей Александров / Mediabanka keçidSərhəd-keçid məntəqəsi
Sərhəd-keçid məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bir aydan artıqdır, sərhəd keçid məntəqəsinin işçiləri səbəb göstərmədən insanlardan sənədləri yığır və onların Gürcüstandan aldığı malları müsadirə edirlər. Sənədlərin geri qaytarılma müddəti isə bir neçə gün çəkir.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Martın 27-də Qazaxın "Sınıq Körpü" sərhəd keçid məntəqəsində, ayın 26-dan pasportları əlindən alınan insanların sənədlərinin geri qaytarılması zamanı sıxlıq yaşanıb, gediş-gəliş çətinləşib.

Çay - Sputnik Azərbaycan
İyirmi ton çayı sərhəddən keçirəndə saxlanıldı
Sputnik-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, hələ də sənədi özünə verilməyən insanlar var.

Sakinlərin bildiriblər ki, hüquqi əsası olmayan bu addım bir aydan artıqdır, mövcuddur. Sərhəd keçid məntəqəsinin işçiləri səbəb göstərmədən insanlardan sənədləri yığır, onların Gürcüstandan aldığı malları müsadirə edir və geri qaytarılma müddəti bir neçə gün çəkir.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 22 oktyabr 2015-ci il tarixli qərarından sonra Qazax sakinlərinin sərhəddən gediş-gəlişi çətinləşib. Qərarda qeyd olunur ki, "Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir".

Xəbər lenti
0