Bakıda yağış

Yağışlı hava şəraiti davam edəcək

56
(Yenilənib 15:28 29.03.2016)
Sabah paytaxt və yarımadada bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

BAKI, 29 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında martın 30-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 30-da arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gündüz yağıntıda qısa fasilə olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

56
Teqlər:
yağış, hava, yağmur, paytaxt, iqlim
Əlaqədar
Sabah yağış yağacaq
Yağışlı hava şəraiti davam edəcək
Bakıda yenə yağış yağacaq
Rayonlara yağış yağacaq
PPX avtomobili, arxiv şəkli

Boşanmaq istəyən qadını qardaşı qətlə yetirdi

21
(Yenilənib 18:12 16.09.2021)
Dilarə Nəsirova bir müddət öncə ailəsində olan münaqişələr səbəbindən həyat yoldaşından boşanmaq qərarına gəlib. Bu səbəbdən atası evinə qayıdıb.

BAKI, 16 sentyabr — Sputnik. Kürdəmirdə qardaş bacısını qətlə yetirib. Hadisə azyaşlı uşaqların gözü qarşısında baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, qardaş əvvəllər də dəfələrlə bacısı ilə mübahisə edib. Qətl hadisəsi Kürdəmir şəhəri Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Şəhər sakini, 37 yaşlı Xəyal Şıxalıyev bacısının qaldığı evə, nənəsigilə gəlib. Nənəsini aldadaraq otağa keçən Xəyal 35 yaşlı Dilarə Nəsirova ilə əvvəlcə mübahisə edib, sonra xəsarət yetirib.

Qonşuların sözlərinə görə, Dilarə Nəsirova bir müddət öncə ailəsində olan münaqişələr səbəbindən həyat yoldaşından boşanmaq qərarına gəlib. Bu səbəbdən atası evinə qayıdıb, ancaq nənəsi tək yaşadığı üçün bir neçə gün imiş ki, onun yanında qalırmış.

Xəsarət yetirilən qadını qonşuları dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar, ancaq o, yolda dünyasını dəyişib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Qətli törədən Xəyal Şıxalıyev saxlanılıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Eləcə də oxuyun:

21
Teqlər:
hadisə, qətl, Kürdəmir, bacı, qardaş, mübahisə, boşanma
 Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov

Yevlaxın sabiq icra başçısı ürəyindən əməliyyat olundu

42
(Yenilənib 11:45 16.09.2021)
Qoca Səmədovun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib, barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

BAKI, 16 sentyabr - Sputnik. Bir neçə gün əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Yevlaxın sabiq icra başçısı Qoca Səmədov əməliyyat olunub.

Bu barədə APA-ya onun vəkili Elnur Vəliyev məlumat verib.

Vəkil bildirib ki, ürək xəstəliyindən əziyyət çəkən sabiq icra başçısı ötən gün axşam saatlarında birinci əməliyyatını keçirib. Hazırda vəziyyəti stabildir.

Qoca Səmədovun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib. Onun barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

* * *

Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 2020-ci il dekabrın 20-də məhkəmə qarşısına çıxarılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Səbail rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə Q.Səmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, DTX-nın yaydığı xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.

Həmçinin oxuyun:

Penitensiar xidmət sabiq icra başçısının ölümü ilə bağlı məlumat yayıb

Ağstafanın həbsdə olan sabiq icra başçısı vəfat edib

42
UNESCO-nun loqosu, arxiv şəkli

İşğaldan azad edilmiş ərazilərə UNESCO-nun missiyasının göndərilə bilər

0
(Yenilənib 10:57 17.09.2021)
Anar Kərimov Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən "Mədəniyyət naminə sülh" (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.

BAKI, 17 sentyabr — Sputnik. Özbəkistanda səfərdə olan mədəniyyət naziri Anar Kərimov bir sıra beynəlxalq təşkilatların rəhbər və nümayəndələri ilə görüşlər keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos ilə görüşündə Azərbaycanın UNESCO ilə sosial və humanitar elmlər sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

UNESCO ilə Azərbaycan arasında əməkdaşlığın tarixindən söz açan Anar Kərimov bu əlaqələrin inkişafında ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu bildirib.

Nazir həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi" beynəlxalq platforması haqqında məlumat verib. Qeyd edilib ki, BMT Baş katibinin hesabatlarında mədəniyyətlərarası dialoqu özündə ehtiva edən "Bakı Prosesi" qlobal platforma kimi yüksək qiymətləndirilib. BMT-nin Sivilizasiyalar Alyansı və UNESCO Bakının ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşı kimi çıxış edir. Dünyada multikultural və tolerant ölkə kimi qəbul olunan Azərbaycan fərqlilikləri özünün zənginliyi kimi olaraq edir.

Görüşdə həmçinin Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşən ölkələrlə əməkdaşlığa böyük önəm verdiyi, bu qədim yolun müasir inkişafdakı rolunu əhəmiyyətli hesab etdiyi vurğulanıb.

Anar Kərimov Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən "Mədəniyyət naminə sülh" (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.

Söhbət zamanı UNESCO tərəfindən Azərbaycanın Ermənistan işğalından azad olunmuş Qarabağ bölgəsinə texniki missiya göndərilməsi məsələsi barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə gender bərabərliyi, gənclər sahəsində, eləcə də UNESCO-nun təşkil etdiyi Gənclər Forumu ilə əməkdaşlıq da müzakirə mövzusu olub.

Həmçinin oxuyun:

UNESCO-nun Qarabağa qiymətləndirmə missiyası göndərməsi müzakirə olunub

0
Teqlər:
YUNESKO