Xəstəxana - Hospital

Paytaxtda məktəbliləri daşıyan mikroavtobus qəzaya düşdü

55
Hadisə Zabrat-Kürdəxanı yolunda baş verib. 3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsindən verilən məlumata görə, buraya müxtəlif travmalarla 10 şagird gətirilib. Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb.

BAKI, 28 mart — Sputnik. Bu gün Bakıda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Hadisə Zabrat-Kürdəxanı yolunda baş verib.

3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsindən "Report"a verilən məlumata görə, buraya müxtəlif travmalarla 10 şagird gətirilib. Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb.

"Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb", — xəstəxanadan bildirilib.

55
Teqlər:
3 saylı Şəhər Klinik Xəstəxanası, Zabrat-Kürdəxanı yolu, Bakı, mikroavtobus, məktəbli, qəza
Əlaqədar
Ucarda "əsrin qəzası": "Zaporojes" "İnfiniti"ni əzdi
Paytaxtda dəhşətli qəza: 14 nəfər xəsarət alıb
Bakıda qəza törədən avtobus sürücüsü tutuldu
Bakıdakı avtobus qəzasında ölən və xəsarət alanların kimliyi açıqlanıb
Gəncədə yol qəzası baş verib, yaralılar var
Bakıda 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib

Tovuzun daha bir kəndi hücuma məruz qaldı

192
(Yenilənib 21:55 13.07.2020)
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Sputnik Azərbaycan-a bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib

BAKI, 13 iyul – Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Sputnik Azərbaycan-a bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “facebook” səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə məlumat paylaşıb. Azərbaycanın Müdafiə Nazirliyi yaydığı paylaşıma münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, həmin məlumat həqiqəti əks etdirmir: “Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".

192
 Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycanın keçmiş müdafiə naziri təxribat maddəsi ilə saxlanıldı

274
(Yenilənib 18:05 13.07.2020)
Rəhim Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmışdır.

BAKI, 13 iyul – Sputnik. Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından mövqelərimizi atəşə tutmuşlar. Görülən adekvat tədbirlər nəticəsində düşmənə ağır zərbə endirilib və o, ciddi itkilər verərək geri oturdulmuşdur. Düşmən təxribatlarının qarşısı alınarkən Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçularının ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tez bir zamanda sağalmaları üçün şəfa diləyirik.

Cəbhədə baş vermiş döyüşlər zamanı xalqımızın hər zaman olduğu kimi nümayiş etdirdiyi milli həmrəylik və birliyindən, vətəndaş-dövlət vəhdətindən narahat olan düşmən dairələr və antimilli qüvvələrin respublikada ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa, dövlətin, onun ordusunun və digər strukturlarının sistemli fəaliyyətinə zərbə vurmağa uğursuz cəhdləri müşahidə edilməkdədir. Bir qrup şəxs öz çirkin niyyətlərini yerinə yetirmək üçün dövlət sərhədində baş vermiş düşmən təxribatlarından sui-istifadə edərək Silahlı Qüvvələrimizi, Azərbaycan əsgərini, həmçinin hakimiyyət və hüquq mühafizə orqanlarını gözdən salmaq, onlara inamsızlıq yaratmaq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək məqsədilə sosial media səhifələrində əhali arasında çaşqınlıq, ölkədə qarışıqlıq yaratmağa yönələn məlumatlar yaymağa başlamış və dövlət əleyhinə açıq çağırışlar etmişlər.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatında bildirilir. 
2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

© Photo : TREND
Экс-министр обороны Рагим Газиев


Rəhim Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmışdır.
Azərbaycan Respublikasının informasiya sahəsində milli maraqlarına, həmçinin “Dövlət sirri haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq dövlət sirri təşkil edən, ölkəmizin müdafiə potensialına, Silahlı Qüvvələrimizin və ordumuzun döyüş qabiliyyətinə zərər vuran dəqiqləşdirilməmiş, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatların yayılması yolverilməzdir.
Eyni zamanda bir daha diqqətə çatdırılır ki, Azərbaycan Respubliksının milli mənafelərinin və təhlükəsizliyinin qorunmasında xalqın həmrəyliyi sarsılmazdır, düşmən həmlələrinə, antiazərbaycan qüvvələrə və onların maraqlarına xidmət edənlərin xaos, anarxiya və təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır və bundan sonra da qətiyyətlə alınacaqdır.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirir.

274
Özüyeriyən artilleriya qurğusu, arxiv şəkli

Cəbhədə döyüşlər: Tovuzun iki kəndi artilleriyadan atəşə tutulub

0
(Yenilənib 09:25 14.07.2020)
Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

BAKI, 14 iyul – Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

0