Günəşli hava

Sabaha olan hava şəraiti açıqlandı

31
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 24 mart — Sputnik. Martın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub —qərb küləyi əsəcək.

Bakıda dəyişkən buludu hava
© Sputnik / Murad Orujov

Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti, bəzi yerlərdə 23 dərəcəyədək isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı, 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.

31
Teqlər:
yağış, külək, isti, iqlim, hava
Əlaqədar
Sabah hava yağıntılı və küləkli olacaq
Yağışlı hava şəraiti davam edəcək
Hava dumanlı olacaq
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edildi
Buludlu hava şəraiti davam edəcək
 Bıçaq əlində kişi, arxiv şəkil

Azyaşlı oğlunun gözü qarşısında arvadını qətlə yetirdi

3
Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 30-da saat 12 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

3
Teqlər:
bıçaq zərbəsi, bıçaqlanma, bıçaq, qətl hadisəsi, qətl, prokurorluq, Bakı
Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

Qurban Yetirmişli: Dualarımız Türkiyədəki qardaşlarımızladır

16
Türkiyənin bir çox bölgələri, eləcə də Egey dənizi bölgəsi seysmik baxımdan aktiv zonadır. Vaxtaşırı həmin bölgədə güclü və hiss olunan zəlzələlər baş verir.

BAKI, 30 oktyabr - Sputnik. “Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən afterşoklar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Seysmik Monitorinq Şəbəkəsi tərəfindən qeydə alınıb. Hazırda qardaş ölkədə baş verən zəlzələ ilə bağlı müşahidələrimizi davam etdiririk. Bizim bu sahədə qardaş ölkənin müvafiq qurumları - Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Kandilli Rəsədxanası ilə ikitərəfli əməkdaşlığımız və məlumat mübadiləmiz var. Türkiyənin bir çox bölgələri, eləcə də Egey dənizi bölgəsi seysmik baxımdan aktiv zonadır. Vaxtaşırı həmin bölgədə güclü və hiss olunan zəlzələlər baş verir. Bu gün baş verən zəlzələ də Egey dənizi zonasında olub”.

Sputnik Azərbaycan bildirir ki, bunu RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli söyləyib. O, İzmirdəki zəlzələ zamanı insan təlafatının və yaralıların olmasına görə kədərləndiyini və qardaş Türkiyə xalqının yanında olduqlarını bildirib.

“Türkiyə bizim təkcə qonşu və yaxın əməkdaşlıq etdiyimiz dövlət deyil. Türkiyə bizim qardaş ölkəmizdir. Ulu Öndərimizin dediyi kimi, biz “Tək millət, iki dövlətik”. Son hadisələr zamanı bunu bütün dünya da bir daha gördü. Ona görə də türk qardaşlarımızın kədəri bizim kədərimizdi. Düzdür, zəlzələ təbii fəlakətdir və onun qarşısını almaq mümkün deyil. Biz Türkiyəyə və qardaş türk xalqına əmin-amanlıq arzu edirik. Dualarımız Türkiyədəki qardaşlarımızladır. Allah Türkiyə dövlətini və xalqını qorusun!”

16
Teqlər:
Qurban Yetirmişli, zəlzələ, Aydın, İzmir, Türkiyə
Əlaqədar
Mehriban Əliyeva Türkiyəyə dəstəyini bildirdi: Kədəriniz kədərimizdir
İlham Əliyev Ərdoğana zəng vurdu: Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq
Türkiyədə bir gündə iki zəlzələ: ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB
Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentinə kömək təklif etdi
Ceyhun Bayramov İzmirdəki zəlzələ barədə: "Keçmiş olsun, dualarımız sizinlə!"
 Smerç raketin fraqmetləri

Ermənistanın atdığı raketlərin buraxılışı peykdən müşahidə edilir

0
Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər

BAKI, 31 oktyabr — Sputnik. "Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq".

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib. Dövlət başçısı jurnalistin "Bu müharibə nə qədər davam edəcək?" sualına belə cavab verib:

"Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur.

Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər.

İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var.

Beləliklə, bunu onlar ediblər. Bunu bizim etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunun əksidir. Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik".

0
Əlaqədar
İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
Prezident:"Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs ondan uzaqda durmalıdır"
İlham Əliyev: Erməni tərəfi cəsədlərin və hərbi əsirlərin dəyişdirilməsindən imtina edib
İlham Əliyev: "Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər"