Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ankara terrorunda ölənlərin sayı 36-ya çatıb

Abunə olmaq
Partlayışda yaralanan 18 nəfərin müalicəsi davam etdirilir. Onlardan 3-nün vəziyyəti ağırdır.

BAKI, 21 mar — Sputnik. Ankarada martın 13-də törədilmiş terror aktında yaralananlardan biri xəstəxanada ölüb.

Sputnik-in “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, Kızılay meydanında törədilən partlayışda ağır yaralanan və hər iki ayağı amputasiya olunan 23 yaşlı Fəyyaz Aydın müalicə olunduğu Ankara Təhsil və Araşdırma Xəstəxanasında martın 21-də dünyasını dəyişib.

Bununla da, terror qurbanlarının sayı 36-ya çatıb.

Partlayışda yaralanan 18 nəfərin müalicəsi davam etdirilir. Onlardan 3-nün vəziyyəti ağırdır.

Xəbər lenti
0