Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rostovda təyyarə qəzaya uğradı: 61 nəfər həlak oldu

© Sputnik / Сергей Пивоваров / Mediabanka keçidМеждународный аэропорт Ростов-на-Дону
Международный аэропорт Ростов-на-Дону - Sputnik Azərbaycan
Abunə olmaq
Dubaydan uçan Fly Dubai şirkətinin layneri pis görünüş şəraitində enərkən uçuş zolağının solunda yerə çırpılıb. Təyyarə yerə çırpılarkən partlayıb.

BAKI, 19 mar — Sputnik. Rostov hava limanında qəzaya uğramış Boeing 737-800 təyyarəsinin göyərtəsində olan bütün şəxslər həlak olublar. Bu barədə RİA Novosti-yə bölgənin fövqəladə xidmət qurumunda məlumat veriblər.

Dubaydan uçan Fly Dubai şirkətinin layneri pis görünüş şəraitində enərkən uçuş zolağının solunda yerə çırpılıb. Təyyarə yerə çırpılarkən partlayıb. 

Təyyarədə 61 nəfər olub: 55 sərnişin və 6 heyət üzvü. İlkin məlumatlara əsasən, sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşı olub.

Hadisə yerində Rusiya FHN-in briqadaları işləyirlər. Rusiya FHN hadisə ilə bağlı "qaynar xətt" açıb.

Xəbər lenti
0