Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

17 yaşlı gəlin toy gecəsi öldürüldü

Abunə olmaq
Ucarda dəhşətli qətl hadisəsi törədilib.

BAKI, 18 mart-Sputnik. Ucarda dəhşətli qətl hadisəsi törədilib.

Sputnik APA-ya istinadla xəbər verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Ramil Nəsirov toy günü həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

Hadisəni törədən R. Nəsirov saxlanılıb.

Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Xəbər lenti
0