Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yəməndə hava zərbəsi nəticəsində 40-dan çox dinc sakin ölüb

© Sputnik / Осама аль-Сабахи / Mediabanka keçidАкция протеста в Йемене
Акция протеста в Йемене - Sputnik Azərbaycan
Abunə olmaq
Mustaba rayonunda yerləşən bazara ümumilikdə üç zərbə endirilib. Yaralılar xəstəxanalara çatdırılıb.

BAKI, 15 mart — Sputnik. Yəmənin Hacca əyalətindəki bazara endirilən hava zərbələri nəticəsində 41 dinc sakin ölüb, 75 nəfər isə yaralanıb.

Sputnik-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Mustaba rayonunda yerləşən bazara ümumilikdə üç zərbə endirilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə davam etməkdədir. 

Xəbər lenti
0