Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qısaqapanma faciəyə səbəb oldu

© AFP 2023 / Sergei SupinskyYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Qax rayonunda güclü yanğın baş verib. Yarımçıq tikilidə başlayan yanğın, daha sonra yaxınlıqdakı fərdi yaşayış evinə keçib.

Bakı, 14 mart — Sputnik. Qaxda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, yanğın nəticəsində evə bitişik tikili və 100 kvadratmetrlik yaşayış evinin çardağı yanaraq yararsız vəziyyətə düşüb.

Yanğın hadisəsi dünən axşam saatlarında Qax rayonu Marsan kəndində, kənd sakini Elsəvər İsaqova məxsus fərdi yaşayış evində qeydə alınıb. Alovlar ilk olaraq evə bitişik 32 kvadratmetrlik yardımçı tikilidən başlayıb. Daha sonra isə 4 otaqlı ümumi sahəsi 100 kvadratmetr olan yaşayış evinə keçib.

FHN yanğınsöndürən - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda metro tikintisində yanğın baş verib

Yanğın baş verən zaman ev sahibəsi iki övladı ilə birlikdə evdə olub. Ev sahibləri evə bitişik yardımçı tikilinin yanmasından yalnız elektrik enerjisi kəsildikdən sonra xəbər tutublar. Qadın dərhal qonşuları köməyə çağırıb və daha sonra Yanğın Mühafizə Hissəsinə xəbər verib. Yanğınsöndürənlər gələnə qədər qonşular evi söndürməyə çalışıblar.

Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Edilən cəhdlərə baxmayaraq, 32 kvadrametrlik yardımçı tikili tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində 100 kvadratmetrlik yaşayış evinin tamamilə yanmasının qarşısı alınsa da, evin çardaq hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Yanğının yardımçı tikilidə olan elektrik naqillərində baş verən qısa qapanmadan baş verməsi ehtimal olunur. Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

Xəbər lenti
0