Dəhşətli cinayətin izləri hələ də evin döşəməsində qalmaqdadır

Dəhşətli qətlin pərdəarxası: Qatil kənddədir

282
(Yenilənib 00:15 15.03.2016)
Qazaxda baş verən qeyri-adi qətlin təfərrüatları Sputnik-də.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 14 mart-Sputnik. Qazaxın Ermənistanla sərhəddə yerləşən Cəfərli kəndində yaşlı ər və arvad baltalanaraq öldürülüb. Hadisə martın 12-dən 13-ə keçən gecə baş verib. Qətlə yetirilən 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətində yaşayan 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanova evdə tək olublar. Onlar bu gün Cəfərli kənd qəbiristanlığında torpağa tapşırılıblar.

Hadisə yerinə çatandan bizi qarşılayan mərhumun qızı Məlahət Həsənovanın verdiyi məlumata görə, hadisədən ilk olaraq onların qonşuları — hazırda polis bölməsində dindirilmədə olan Nərminə xanım xəbər tutub: "Qonşu zəng elədi, dedi ki, Dünya, analığınız rəhmətə gedib. Atamızı bilmədik. Axşamüstü, təxminən saat 8-də gəlib, evə keçmək istəyəndə polislər buraxmadılar ki, daravazaya əl vurmayın, araşdırma gedir, atanız da ölüb".

tapança
evening-kazan.ru
Məlahət xanımın bacısı Səbinə Musayeva deyir ki, cinayəti törədənlər mərhum və mərhuməyə olmazın işgəncə verib: "Arvadın başına hər iki tərəfdən balta ilə vurub, atamın boğazını vintaçan və simlə deşib, zülm verə-verə öldürüblər. Ev-eşiyi də dağıdıblar, içəri girəndə tanımadıq".

O qeyd edib ki, atası səs-küy sevmədiyindən kənddə qonşuları ilə belə əlaqə saxlamayıb. Odur ki, onun kiminləsə düşmənçiliyinin olmasına inanmırlar: "Nə qızlarının, nə oğlunun, nə özlərinin bir düşməni, sözləşdiyi adam olmayıb. Öz sakit həyatlarını yaşayan insanlar olublar. Ona görə də, heç kimdən şübhələnə bilmirik. Kiməsə şər atıb, günah sahibi olmaq istəmirəm".

  • Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Cəfərli kəndinin girişi
    Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Cəfərli kəndinin girişi
    © Sputnik / Hikmet Orhun
  • Hadisə baş verən gün Nəriman Osmanov və Dünya Bakıxanova evdə tək olublar
    Hadisə baş verən gün Nəriman Osmanov və Dünya Bakıxanova evdə tək olublar
    © Sputnik / Hikmet Orhun
  • Dəhşətli cinayətin izləri hələ də evin döşəməsində qalmaqdadır
    Dəhşətli cinayətin izləri hələ də evin döşəməsində qalmaqdadır
    © Sputnik / Hikmet Orhun
  • Cinayətkarlar mərhum və mərhuməyə olmazın işgəncələr veriblər
    Cinayətkarlar mərhum və mərhuməyə olmazın işgəncələr veriblər
    © Sputnik / Hikmet Orhun
  • Qatillər həm də evin əşyaları dağıdıb otaqları tanınmaz hala gətiriblər
    Qatillər həm də evin əşyaları dağıdıb otaqları tanınmaz hala gətiriblər
    © Sputnik / Hikmet Orhun
  • Hadisədən ilk olaraq qonşular xəbər tutub
    Hadisədən ilk olaraq qonşular xəbər tutub
    © Sputnik / Hikmet Orhun
  • Sakinlərin fikrincə qatil kənddəndir
    Sakinlərin fikrincə qatil kənddəndir
    © Sputnik / Hikmet Orhun
1 / 7
© Sputnik / Hikmet Orhun
Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Cəfərli kəndinin girişi

Mirvari Osmanova da bacılarının sözünü təqdiqləyib. O, bildirib ki, sonuncu dəfə yanvar ayında görüşdükləri ata-anaları təqaüd alandan-alana kəndin arasında görünər, sonra da evə çəkilib, qapını bağlayıb, səssiz-küysüz yaşayarmışlar: "Qonşuyla söz alıb, söz verməyən adamlar idilər, təqaüdlərini alıb, bazarlıqlarını eləyib, yeyib-içib öz damlarının altından çıxmazdılar. Sonuncu dəfə üç ay qabaq bayramda görüşmüşdük. Atam kür adam idi, uşağın, böyüyün sözünü götürməzdi, ona görə də tək yaşamağı sevirdi. Oğlu Əkbər Osmanov isə Moskvada yaşayır".

Nəriman kişinin və Dünya xanımın ölümünün səbəbləri haqqında hər hansı bir məlumat olmasa da, izlər onları qətlə yetirənlərin evə qarət zəminində daxil olduğunu göstərir: "Evə həyətin girişində quraşdırılan sayğacdan işıqları söndürüb, qapının şüşəsini sındıraraq keçiblər. Balta ilə vurub, daha da işgəncə vermək üçün simlə, vintaçanla boğazlarını deşiblər. Tam ölmələri üçün ağızlarına yastıq tutub, otağı tərk ediblər. Evdən hər hansı bir əşya aparılmasa da, evin bütün əşyalarını dağıdıblar. Babamın şalvarının cibindən cəmi 20 qəpik pul çıxdı. Güman ki, onun üstündə olan bütün pulları götürüblər, başqa heç nə", — deyə mərhumun nəvəsi Gülşən Abbasova bildirib.

Sakinlər bu cür hadisənin kənddə birinci dəfə olduğunu, hələ də nə baş verdiyini doğru-dürüst başa düşə bilmədiklərini deyiblər. Onların fikrincə, ola bilsin, qatil kənddəndir. Amma ilk dəfə belə hadisə baş verdiyindən, hamı şokdadır. "Kim törədə bilər axı?! Hansı məqsədlə?! Şəhid vermişik, canımızdan can gedib, amma bu cür hadisə ilə qarşılaşdığımız olmayıb" — deyə kənd sakinlərindən biri bildirib.

Qeyd edək ki, Qazağın Cəfərli kəndi Ermənistanla sərhəddə yerləşir. Ehtimal var ki, Nəriman Osmanovu həyat yoldaşı ilə birlikdə öz evində qətlə yetirənlər, qonşu erməni kəndinin sakinləri olsun. Əvvəllər belə bir hadisə baş verməsə də, hər halda, bu, kənd sakinlərinin fikridir. Bununla yanaşı bir fikir də var ki, hadisəni ailəni yaxından tanıyan insanlar törədib. Moskvada yaşayan oğlanları Əkbər Osmanov ara-sıra onlara dolanışıq üçün pul göndərirmiş.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

282
Teqlər:
Qazax Rayon Prokurorluğu, qatil, Məlahət Həsənova, Cəfərli kəndi, Ermənistanla həmsərhəd, Qazax, Cinayət Məcəlləsi, Ermənistan, Moskva
Əlaqədar
Açılmayan qətl
İstirahət mərkəzində qətl törədildi
Bakıda dəhşətli qətl törədilib
İki müəmmalı qətl
Moskvada qətl törədən azərbaycanlı həbs edildi
Xilasedici, arxiv şəkli

Bakıda iki uşaq suvarma hovuzunda boğuldu

21
(Yenilənib 20:21 29.11.2020)
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 2 uşağın meyitini su hovuzundan çıxarıb

BAKI, 29 noyabr - Sputnik. Bakıda təsərrüfat sahəsindəki su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

21
Yanğınsöndürənlər, arxiv şəkli

Zavodun tavanı ailələrin başına uçdu, maşınlar partladı - Xırdalanda qorxunc olay

23
Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib

BAKI, 29 noyabr - Sputnik. Xırdalanda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində baş vermiş uçqunla bağlı məlumat yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda yaşayan 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

23
Teqlər:
yanğın, partlayış, avtomobil, məcburi köçkünlər, bina, zavod, Xırdalan
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona