Baş Prokurorluq

Həmkəndlisini güllələyib, sonra intihar etdi

45
Baş Prokurorluq Lerikdə baş verən dəhşətli hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Məsələ ilə bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

BAKI, 3 mart — Sputnik. Martın 2-də Lerik rayonunun Veri-Əliabad kənd sakini Adil Rəhimovun həmkəndlisi Seyid Qurbanovu odlu silah və bıçaqla qəsdən öldürməyə cəhd etməsi və özünü öldürməsi faktlarına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 125 (özünü öldürmə həddinə çatdırma) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Bu barədə Sputnik-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 05:00 radələrində A.Rəhimov şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılığa görə həmkəndlisi S.Qurbanovu öldürmək məqsədilə ov tüfəngi, bıçaq və balta götürüb onun yaşadığı evə gələrək arvadının və üç ayzaşlı uşağının gözləri qarşısında ov tüfəngindən bir dəfə atəş açıb, mətbəx bıçağı ilə ona və arvadı Sevda Qurbanovaya müxtəlif bədən xəsarətləri yetirib", —deyə məlumatda bildirilir.

A.Rəhimov iradəsindən asılı olmayan səbəblərdən S.Qurbanovu öldürə bilməyərək hadisə yerini tərk edib. Bundan sonra, A.Rəhimov kənd qəbristanlığına gələrək həmin tüfənglə özünə atəş açmaqla intihar edib. Hadisə yerindən üzərində qanabənzər ləkələr olan mətbəx bıçağı, balta, yivsiz ov tüfəngi, patron və əl qumbarası aşkar edilərək maddi sübut kimi götürülüb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

45
Teqlər:
Baş Prokurorluq, intihar, qətl, cinayət, Cinayət Məcəlləsi, Lerik rayonu
Əlaqədar
İctimai Televiziyanın əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb
"İlhamə Quliyevanın oğlu cinayət məsuliyyətinə cəlb oluna bilər"
Azərbaycanda vəzifəli şəxslər barəsində cinayət işi başlanıb
Mağaza müdiri barəsində cinayət işi açıldı
Polisin, cinayətin və işsizliyin olmadığı kommunist qəsəbəsi
"Asan Xidmət" mərkəzinin "vəzifəli şəxsləri" barəsində cinayət işi açıldı