Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda 12 dərəcə isti olacaq

© Sputnik / Murad OrujovЯсная погода в Баку
Ясная погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında martın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 29 fev — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-14, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında martın 01-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Böyük Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq. 

Xəbər lenti
0