Qəzaya uğramış avtobus

62 saylı marşrutda faciə baş verib

250
(Yenilənib 12:17 24.02.2016)
Bakıda baş verən avtobus qəzasında sabiq polis əməkdaşı ölüb, 13 nəfərsə yaralanıb.

BAKI, 24 fev-Sputnik. Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib. Hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində keçmiş polis əməkdaşı Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib, 13 sərnişin isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından Sputnik-ə verilən məlumata görə, qəzanın baş verdiyi yerə 7 briqada göndərilib. Meyid tibbi ekspertizaya, yaralılar isə müvafiq xəstəxanalara çatdırılıb.

Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur. Hadisə 62 saylı marşrut üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı avtobusun "Nissan" markalı minik avtomobili ilə toqquşması nəticəsində baş verib.

Hadisənin şahidləri bildiriblər ki, qəzaya səbəb avtobusun işıqforu qırmızı işıqda keçməsi olub.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində vəziyyəti araşdırırlar.

250

İcra başçısının müavinini maşın vurdu

11
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

BAKI, 9 avqust - Sputnik. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

APA-nın məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

11

Sabaha gözlənilən hava proqnozu açıqlandı

23
(Yenilənib 13:33 09.08.2020)
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

BAKI, 9 avqust - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.   
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə  isti olacaq.

23
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0