Baş Prokurorluq

Mağaza müdiri barəsində cinayət işi açıldı

12
Onun "Bakı Şərab-1" ASC-yə məxsus 86 min manat məbləğində pul vəsaitini mənimsədiyinə dair faktlar ortaya çıxıb

BAKI, 18 fev — Sputnik. "Bakı Şərab-1" Açıq Səhmdar Cəmiyyətinin Göyçay şəhərində yerləşən 4 saylı firma mağazasının müdirinin qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, araşdırma zamanı qeyd edilən mağazanın müdiri Məhəmmədəli Qədirov tərəfindən şirkətin anbarından satış üçün verilmiş spirtli içkilərin dəyərinin kassaya mədaxil edilməməsi nəticəsində cəmiyyətə məxsus 86 min manat məbləğində pul vəsaitini mənimsəməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

12
Teqlər:
"Bakı Şərab-1" Açıq Səhmdar Cəmiyyəti, cinayət işi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Baş Prokurorluq
Əlaqədar
Polisin, cinayətin və işsizliyin olmadığı kommunist qəsəbəsi
"Asan Xidmət" mərkəzinin "vəzifəli şəxsləri" barəsində cinayət işi açıldı
İstirahət mərkəzində fəhlənin həlak olması ilə bağlı cinayət işi açıldı
Eldar Sabiroğlunun oğlu barəsində rüşvət alma maddəsi ilə cinayət işi başlanıb
Ötən il 16 korrupsioner məmur cinayət başında yaxalanıb