Zərərli orqanizm

İrandan Azərbaycana zərərli orqanizmlər daşınırmış

86
(Yenilənib 13:05 18.02.2016)
Cənub qonşumuzdan ölkədə idxal olunan kartofların tərkibində zərərli orqanizmlər aşkarlanıb. Nətiədə 48 ton kartof geri qaytarılıb.

BAKI, 18 fev — Sputnik. Fevralın 16-da İran İslam Respublikasından Azərbaycana daxil olan və hər birində 24 ton olmaqla, ümumilikdə cəmi 48 ton ərzaqlıq kartof məhsulu daşıyan iki yük avtomobilindən nümunələr götürülüb. Götürülmüş nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyasında karantin ekspertizasına təqdim edilib.

Kartof
© Sputnik / Виталий Аньков

Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, ekspertiza zamanı hər iki yükdə karantin tətbiq edilən zərərli orqanizm — kartof güvəsi (Phthorimaea operculella Zell.) və gövdə nematodu (Ditylenchus dipsaci Filipjev) aşkar edilib. Aşkar edilən gövdə nematodunun zərərsizləşdirilməsi mümkün olmadığı üçün, 48 ton kartof məhsulunun ixracatçı ölkəyə geri qaytarılması üçün ilkin sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilib.

"Məhsulun geri qaytarılmasında əsas məqsəd, bu növlərin respublikamızın ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınmasıdır. Artıq bu haqda İran İslam Respublikasının Milli Bitki Mühafizəsi təşkilatına da məlumat verilib", —deyə nazirlikdən bildirilib.

Kartof güvəsi kartof, badımcan, tütün və quş üzümü fəsiləsinə aid digər mədəni və yabanı bitkilər üçün təhlükəli zərərveridir. Daha çox kartofa ziyan vuran güvə kütləvi çoxaldıqda sahədə və ya anbarlarda saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici hətta 25-80% məhsul itkisinə səbəb olur.

86
Teqlər:
zərərli orqanizm, kartof, Azərbaycan, İran
Əlaqədar
İrandan Azərbaycana idxal olunan 24 ton kartof zərərsizləşdirilib
Azərbaycanda 1 tonadək kartof məhv edilib
Qadın kölgəsi, arxiv şəkli

Qəbələdə qadın intihar edib

2
(Yenilənib 16:43 20.04.2021)
Qəbələdə otuz iki yaşlı qadının özünü öldürmə səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Qəbələdə 32 yaşlı qadın özünü öldürüb.

Sputnik Azərbaycan bildirir ki, hadisə rayonun Solqıca kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini,  32 yaşlı Şölə Sədiyar qızı Aslanova özünü asaraq intihar edib. Qadının özünü öldürmə səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

2
Teqlər:
Qəbələ, qadın, intihar
Kəndir, arxiv şəkli

Tovuzda 20 yaşlı tələbə intihar edib

300
(Yenilənib 10:06 20.04.2021)
İntihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

BAKI, 19 aprel - Sputnik. Tovuz rayonunda 20 yaşlı gənc intihar edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, intihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

P.Mehdiyev özünü asaraq intihar edib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

300