Rüşvət

"Asan Xidmət" mərkəzinin "vəzifəli şəxsləri" barəsində cinayət işi açıldı

894
Vətəndaşlara özlərini vəzifəli şəxsi kimi təqdim edənlərin qanunsuz əməlləri ifşa edilib. Onların barəsində xeyli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə cinayət işi başlanıb.

BAKI, 15 fev — Sputnik. Vətəndaşlara özlərini "Asan Xidmət" mərkəzinin vəzifəli şəxsi kimi təqdim edərək onlara qarşı dələduzluq etmiş şəxslərin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, sözügedən müraciət əsasında araşdırma aparılıb.

Araşdırmalar zamanı Nərgiz Elçiyevanın, özünü Bakı şəhər 4 saylı "Asan Xidmət" mərkəzinin direktorunun köməkçisi kimi təqdim edən Rəşad Rəcəbov vasitəsi ilə Bakı şəhər sakinini, mərkəzin maliyyə şöbəsinə işə qəbul etdirəcəyi adı ilə aldadaraq 1200 manat pulunu mənimsədikləri ortaya çıxıb. Etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrinə şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

894
Teqlər:
Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, dələduzluq, "Asan Xidmət" mərkəzi
Əlaqədar
Çörəyin qiymətini süni şəkildə qaldıran iki vəzifəli şəxs tutulub
Azərbaycanın vəzifəli şəxsləri kitab oxumur
MTN-in 19 yüksək vəzifəli əməkdaşı həbs edilib
Daha bir vəzifəli şəxsə qarşı cinayət işi açıldı