Rüşvət

Dövlət Komitəsinin keçmiş aparat rəhbərinə qarşı 170 min dollarlıq ittiham

199
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanov, icra başçısının müavini təyin etdirmək adı ilə vətəndaşdan külli miqdarda rüşvət almaqda ittiham olunur

BAKI, 15 fev — Sputnik. “Bu gün (dünən-red.) çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABŞ dollarını aldadaraq alıblar. Həmin pulu ələ keçirən şəxsin birbaşa komitə sədri olması təəccübə səbəb olub. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçıb”.

Sputnik xəbər verir ki, bu barədə həmin şəxsin vəkili Adəm Məmmədov şəxsi "Facebook" səhifəsində məlumat paylaşıb. Vəkil həmin komitənin və pulu alan vəzifəli şəxsin adını açıqlamayıb. APA-nın əldə etdiyi məlumata görə, dələduzluqda ittiham olunan şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanovdur.

Onun haqqında araşdırma aparılması üçün Dövlət Komitəsi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə fevral ayının əvvəlində müraciət edilib.

199
Teqlər:
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Səfər İmanov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, vəkili Adəm Məmmədov, rüşvət
Əlaqədar
Eldar Sabiroğlunun oğlu barəsində rüşvət alma maddəsi ilə cinayət işi başlanıb
Nazir rüşvət alarkən həbs olundu
Prezidentin gömrüklə bağlı verdiyi fərman rüşvət sistemini zəiflədəcək
Rüşvət qalmaqalı prezidentin həbsinə səbəb ola bilər
Cəlilabad təhsilində 60 min manatlıq rüşvət skandalı