Ovçu

Qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb

46
Onlardan 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb. 41 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat olmaqla, ümumilikdə 41000 manat məbləğində cərimə tətbiq edilib.

BAKI, 11 fev — Sputnik. "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində növbəti reydlər keçirilib. Sputnik nazirliyin saytına istinadən xəbər verir ki, 2016-cı ilin yanvar ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb.

Onlardan 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb. 41 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat olmaqla, ümumilikdə 41000 manat məbləğində cərimə tətbiq edilib. Sənəd təqdim etməyən 7 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

46
Teqlər:
qanun pozucusu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, qanunsuz ov edilməsi, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanunu
Əlaqədar
Qanunsuz balıq ovu ilə bağlı irimiqyaslı reydlərə başlanılıb
Azərbaycanda qanunsuz ov edən İraq və Suriya vətəndaşları saxlanılıb
Qanunsuz ova görə 18500 manat həcmində cərimələndi
Ağ pələnglərin ilk ovu
Azərbaycanda ov mövsümü başlayıb