BAKI, 7 fev — Sputnik. Bir həftə əvvəl Saatlı rayonunda qidadan zəhərlənən şəxs dünyasını dəyişib.
APA-nın məlumatına görə, bu gün Saatlı rayonunun Sarıcalar kənd sakini, bir həftə əvvəl kolbasadan zəhərləndiyi bildirilən 59 yaşlı Mədinə Ədim qızı Abbasova vəfat edib.
Qeyd edək ki, fevralın 1-də Sarıcalar kəndində bir ailənin 3 üzvü — 26 yaşlı Zümrüd Şakir qızı Əsgərova, 5 yaşlı Zəhra Yusif qızı Əsgərzadə və 59 yaşlı Mədinə Ədim qızı Abbasova qidadan zəhərlənmə diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlara lazımi tibbi yardım göstərilsə də, M. Abbasova fevralın 7-də səhər saatlarında dünyasını dəyişib.
Onların kolbasadan zəhərləndiyi bildirilir. O da qeyd olunur ki, dünyasını dəyişən qadın vərəm xəstəsi olub.
BAKI, 1 mart - Sputnik. Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Hüseynova Yaxşıxanım Fərhad qızı naməlum şəxs tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 1 mart - Sputnik. Martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda Əli Abbasovun yerinin müəyyən edilərək şübhəli şəxs qismində tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
BAKI, 2 mart - Sputnik. Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.
İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.
Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.