intihar

Ömürlük məhkum intihar edib

89
(Yenilənib 18:58 04.02.2016)
O, həbsxananın korpus üzrə tərtib olunmuş cədvəlinə əsasən çimmək üçün hamam otağına daxil olub və orada yumaq məqsədilə özü ilə gətirdiyi istifadəsində olan mələfəni nəfəsliyə bərkidilmiş dəmir barmaqlıqlara bağlayaraq özünü asıb

BAKI, 4 fev — Sputnik. Fevralın 3-də saat 11:30 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qaradağ rayon ərazisində yerləşən həbsxanasında cəza çəkən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1975-ci il təvəllüdlü Sübhay İbrahimov həbsxananın korpus üzrə tərtib olunmuş cədvəlinə əsasən çimmək üçün hamam otağına daxil olmuş və orada yumaq məqsədilə özü ilə gətirdiyi istifadəsində olan mələfəni nəfəsliyə bərkidilmiş dəmir barmaqlıqlara bağlayaraq özünü asıb.

Bu barədə Sputnik-ə Bakı şəhər prokurorluğundan məlumat verilib. Bildirilir ki, həbsxananın tibb sanitar hissəsinin və ərazi üzrə çağırılmış təcili tibbi yardım həkimlərinin göstərdiyi ilkin tibbi yardımlara baxmayaraq məhkum S.İbrahimov vəfat edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

89
Teqlər:
intihar, məhkum, həbsxana
Əlaqədar
Bakıdakı dəhşətli qətlin üstü açıldı
Sumqayıtda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb
İstirahət mərkəzində qətl törədildi
Bakıda törədilən sifarişli qətllə bağlı məlumat yayılıb
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

215
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

215
Taksi, arxiv şəkli

Dayanacaqda sərnişin üstündə baş verən dava nəticəsində 3 nəfər öldü

26
(Yenilənib 15:03 26.09.2020)
Üç nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub. Hadisə nəticəsində yaralananlar da var.

BAKI, 26 sentyabr — Sputnik. Dayanacaqda baş verən dava nəticəsində 3 nəfər dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, taksi sürücüləri arasında sərnişin üstündə dava baş verib. Hadisə nəticəsində tüfəngdən açılan güllə 3 nəfərin ölümünə səbəb olub. Hadisə anaban kameralarla qeydə alınıb. Hadisə nəticəsində yaralananlar da var.

3 nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub.

26
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp: “Regionda yaxşı münasibətlərimiz var, baxacağıq”

0
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub

BAKI, 28 sentyabr - Sputnik. ABŞ Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləyir. Baxacağıq görək, zorakılığı dayandıra biləcəyikmi.

Sputnik Azərbaycan bildirir ki, bunu bazar ertəsi jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz bunu çox diqqətlə izləyirik. Bizim həmin regionda yaxşı münasibətlərimiz var. Baxacağıq görək, onu (gərginliyi) azalda bilirikmi”, - Tramp bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Co Bayden, arxiv şəkli
© REUTERS / Kevin Lamarque / File Photo

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

0
Teqlər:
Donald Tramp, Ermənistan, Azərbaycan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı
Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular
Cənub qonşumuz bölgədə gərginliyin artmasından narahat oldu
Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur