Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah hava dəyişkən olacaq

© earth-chronicles.ruİqlim dəyişikliyi
İqlim dəyişikliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti, Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək

BAKI, 4 fev — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.

Bakıda qar - Sputnik Azərbaycan
HADİSƏ
Sabahın hava proqnozu açıqlandı

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti, Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacaq.

Xəbər lenti
0