Abbas Murad Danışmalı, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədr müavini

Azərbaycan diaspor təşkilatının sədr müavini intihar edib

49
(Yenilənib 17:35 03.02.2016)
Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Abbas Murad Danışmalı bu gün özünü 6-cı mərtəbədə yerləşən evinin pəncərəsindən atıb

BAKI, 3 fev — Sputnik. İstanbulda Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Abbas Murad Danışmalı bu gün İstanbulda intihar edib. Bu barədə APA-ya dərnəyin sədri Səfər Qaraqoyunlu məlumat verib.

Onun sözlərinə görə, A. M. Danışmanlı bu gün səhər yeməyini yedikdən sonra özünü 6-cı mərtəbədə yerləşən evinin pəncərəsindən atıb. Hadisə baş verən vaxt onun həyat yoldaşı da evdə olub.

Səfər Qaraqoyunlunun sözlərinə görə, 64 yaşlı Abbas Murad Danışmalı bir müddətdir, psixoloji problemlərinə görə müalicə alırmış.

Qeyd edək ki, intihar barədə ilk xəbəri vesti.az saytı yayıb.

49
Teqlər:
intihar, Abbas Murad Danışmalı, İstanbul, Türkiyə Azərbaycan Dərnəyi
Əlaqədar
“Qalatasaray”ın keçmiş qapıçısı intihara cəhd edib
"Azərbaycanın səsi" yarışmasının qalibi intihar edib
Bu peşəni seçənlər daha çox intihar edir
Ağcabədidə 21 yaşlı qadın intihara cəhd etdi
İntiharların qarşısını necə almalı