Relslər

Minik maşını teplovozla toqquşub, xəsarət alan var

20
(Yenilənib 13:41 02.02.2016)
Hadisə Bakının Qala qəsəbəsində qeydə alınıb.

BAKI, 2 fev — Sputnik. Bakıda minik maşını teplovozla toqquşub.

Sputnik-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Qala qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki qorunmayan keçiddə Lerik rayon sakini Elzamin Məcidli idarə etdiyi “VAZ-2106” markalı avtomobili teplovoza vurub, nəticədə sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

20