Ukraynada öldürülən azərbaycanlı biznesmenin nəşi ölkəyə gətirildi

34
Ukrayna itkin düşən və meyiti Rusiya ərazisində tapılan iş adamı İkram Əbilovun nəşinin, uzun danışıqlardan sonra Rusiyadan çıxarılması mümkün olub

BAKI, 30 yan — Sputnik. Ukraynanın Luqansk vilayətində 2014-cü il iyulun 30-da itkin düşən və 2015-ci ilin oktyabrın əvvəlində meyiti Rusiya ərazisində tapılan azərbaycanlı iş adamı İkram Əbilovun nəşi Azərbaycana gətirilib. İ. Əbilovun yaxınlarının APA-ya verdiyi məlumata görə, uzun danışıqlardan sonra onun nəşinin Rusiyadan çıxarılması mümkün olub. Mərhum doğulduğu Tərtər rayonunda dəfn olunacaq.

Qeyd edək ki, İ. Əbiyev 2014-cü il iyulun 30-da biznesləri ilə əlaqədar Ukraynanın Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gedir, həmin ərazi bombardmana düşdükdən sonra onlarla əlaqə itir. Bundan sonra Azərbaycanın Ukraynadakı səfirliyi BQXK və Ukrayna Xarici İşlər Nazirliyinə bununla bağlı rəsmi müraciət edir. Ötən ilin oktyabr ayında isə Luqansk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində cinayət əməllərində şübhəli bilinən və ələ keçirilən cinayətkar qrupun iki üzvü dindirmə zamanı azərbaycanlı iş adamını öldürdüklərini etiraf edib.

Saxlanılan Ukrayna vətəndaşı Yuri Vladimiroviç Plitenko və Aleksandr Anatolyeviç Solovyev azərbaycanlı iş adamını necə öldürdüklərini də açıqlayıblar. Qatillər bildiriblər ki, Rusiyadan biznes səfərindən qayıdan azərbaycanlı iş adamının üzərində xeyli pul olması barədə məlumat alıblar. Onun qarşısını kəsərək öldürüb, meyitini isə çaya atıblar. Üç gün sonra — avqustun 2-də azərbaycanlı iş adamının meyiti Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski rayonu ərazisində çayda tapılıb. Meyit milis tərəfindən aktlaşdırılma aparılaraq torpağa basdırılıb.

Azərbaycanlı iş adamının öldürüldüyü və Rostov vilayətində basdırıldığı barədə məlumat alan yaxınları meyitin çıxarılaraq Azərbaycana gətirilməsinə cəhd etsələr də problem yaranır. Üç ay sürən danışıqlardan sonra nəhayət bu gün gətirə biliblər.

34
Teqlər:
İkram Əbilov, nəş, cənazə, Ukrayna, Rusiya, cəsəd, Azərbaycan, meyit
Əlaqədar
Bakıdakı dəhşətli qətlin üstü açıldı
Taxıl Kombinatının direktorunun qətlində şübhəli bilinən 3 nəfər saxlanılıb
Sumqayıtda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb
İtkin düşən neftçinin meyiti Türkmənistandan gətirilərək ailəsinə təhvil verilib
İtkin düşmüş daha bir neftçinin meyiti tapılıb
İtkin düşən neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb
Təcili tibbi yardım avtomobilləri

Prokuror köməkçisi qəfildən ölüb

10
(Yenilənib 18:55 16.05.2021)
E.Məmmədov bir neçə müddət öncə ürəyindən müalicə alıb. Aprelin 20-dən mayın 7-dək səhhətinə görə məzuniyyətdə olub.

 

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Azərbaycanda prokurorluğun işçisi qəflətən dünyasını dəyişib.

Qusar rayon prokurorunun köməkçisi dünən gecə dünyasını dəyişib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü  Elşən Məmmədov ürəktutmadan vəfat edib.

E.Məmmədov bir neçə müddət öncə ürəyindən müalicə alıb. Aprelin 20-dən mayın 7-dək səhhətinə görə məzuniyyətdə olub. Bir həftə öncə işə çıxanda özünü təkrar pis hiss edib və evə qayıdıb. Dünən gecə saat 00.30-da Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsindəki evində ürəktutmadan vəfat edib.

Eləcə də oxuyun: 

Heydər Əliyevin sabiq müşaviri vəfat edib

Bir günah sənindir, bir günah mənim... Musa Yaqubu da itirdik

İcra başçısının ailəsindən bağ evindəki ölümlə bağlı açıqlama - YENİ TƏFƏRRÜAT

 

 

10
Teqlər:
Quba, vəfat, köməkçi, prokuror
Lənkəranda qəzanın baş verdiyi yer

Lənkəranda ağır qəza: maşınları doğrayıb, adamları çıxardılar - FOTO

53
(Yenilənib 17:57 16.05.2021)
Lənkəranda 3 avtomobil toqquşub, xəsarət alanlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Günorta saatlarında Lənkəran şəhəri, Ləvəngi dairəsi adlanan ərazidə zəncirvari qəza baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə yol kənarında dayanan eyni markalı avtomobillə, daha sonra isə "Mercedes Sprinter" markalı mikroavtobusla toqquşub.

Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan birinin vəziyyəti ağırdır. Xəsarət alanlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

  • Lənkəranda qəzanın baş verdiyi yer
    © Sputnik / Rahim Murad
  • Lənkəranda qəzanın baş verdiyi yer
    © Sputnik / Rahim Murad
  • Lənkəranda xəstəxana
    © Sputnik / Rahim Murad
  • Lənkəranda qəzanın baş verdiyi yer
    © Sputnik / Rahim Murad
1 / 4
© Sputnik / Rahim Murad
Lənkəranda qəzanın baş verdiyi yer

Qeyd edək ki, hadisə nəticəsində avtomobildə sıxışıb qalmış sərnişinləri FHN-in xilasediciləri xüsusi qurğular vasitəsilə çıxarıblar.

Baş verən qəza hadisəsi araşdırılır.

Eləcə də oxuyun: 

Paytaxtın Heydər Əliyev prospektində qəza olub, yolda sıxlıq yaranıb

Bakıda sürücü altı maşını birdən əzdi, yaralı var

Mikroavtobus evakuatorla toqquşub, ölən var - FOTO

 

53
Teqlər:
yaralılar, zəncirvari qəza, "VAZ-2107", Lənkəran, qəza

Vladimir Putin azərbaycanlıları mükafatlandırdı

0
(Yenilənib 21:24 16.05.2021)
Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimləri təltif olunublar.

BAKI, 16 may - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimlərini təltif edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Trend yazır.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Puşkin medalına, teatrın baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski "Dostluq" ordeninə layiq görülüb.

2020-ci ildə Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev də Vladimir Putinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdu. 

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının əməkdaşlarının orden və medallarla təltif olunması, eləcə də onlara mədəniyyət sahəsində fəxri adların verilməsi barədə sərəncam imzalamışdı.

0
Teqlər:
Rus Dram Teatrı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, təltif, Vladimir Putin