Torpaq sürüşməsi

Qar əridikcə sürüşmə sahələri aktivləşəcək

37
(Yenilənib 11:28 30.01.2016)
Şamaxı-Muğanlı-İsmayıllı yolunda, Lənkəran-Lerik yolunda və Quba, Qusar, Şabran zonasındakı sürüşmə zonalarında aktivləşmələrin baş verəcəyinə artıq əsas var

Bakı, 30 yan — Sputnik. Qarın əriməsi daha çox Azərbaycanın rayonlarında fəsadların yaranmasına və burada sürüşmə sahələrinin yenidən aktivləşməsinə səbəb olacaq. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, Şamaxı-Muğanlı-İsmayıllı yolunda, Lənkəran-Lerik yolunda və Quba, Qusar, Şabran zonasındakı sürüşmə zonalarında aktivləşmələrin baş verəcəyinə artıq əsas var: “Süxurlarda rütubətlilik artdıqda onlar gərilmə dərəcəsini keçirlər. Onların bir-birinə ilişkənliyi pozulur və sürüşmə aktivləşir. Qarın əriməsi mütləq orada fəsadlar yaratmalıdır”.

E.Əlizadə bildirib ki, hazırda Bakıda aktivləşən əsas sürüşmə sahələri Zığ sürüşmə zonasında və Abşeron rayonunun Masazır qəsəbəsindədir.

Direktor müavininin sözlərinə görə, son günlərdə Köhnə Günəşli qəsəbəsindəki Kərpic zavodunun ətrafında olan uçurum sahəsində də qismən akitvləşmə müşahidə edilir: “Bu ərazi əvvəllər də sürüşmə sahəsi hesab edilib. Biz yayda orada monitorinq aparmışdıq, sakitlik idi. Amma son günlərdə artıq orada da aktivləşmə müşahidə edilir”.

E.Əlizadə deyib ki, Şəhidlər xiyabanından Teleteatra tərəf olan hissədə də nisbi aktivləşmə var: “Şəhidlər xiyabanı tərəfdə ilk dəfə aktivləşmə baş vermir.

Sadəcə olaraq, orada vəziyyət sabit olub, amma son vaxtlar orada nisbi hərəkət, yəni fəallaşma hiss olunur. Orada sürüşmə sahəsi hələ ki o qədər aktiv deyil.

Bakı Teleteatrından “Gülüstan” sarayı istiqamətində istinad divarlarına yenidən baxış keçirmək lazımdır. Ola bilsin ki, istinad divarlarında nə isə problem yaranıb”.

O, qeyd edib ki, sürüşmələrin aktivləşməsi ərazilərdəki süxurlarda rütubətliliyin artması ilə əlaqədardır: “Süxurlar artıq doyma həddinə yaxınlaşıb, belə olanda da onlar məhlula çevrilir. Bu o deməkdir ki, onların artıq sürüşən kütləsi artıb”.

37

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

16
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

16
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

10
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

10

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

17
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

17