İnfeksiya daşıyıcısı banan

Sosial şəbəkədə sensasiyalı foto: bu, həqiqətdirmi?

5644
(Yenilənib 18:43 28.01.2016)
Meyvələrin içərisinə dəhşətli xəstəlik daşıyıcısı olan qan yeridildiyinə dair məlumatlar yayılıb. Rəylər müxtəlif, məsələyə ciddi yanaşanlar da var, yanaşmayanlar da...

BAKI, 28 yan — Sputnik. Artıq bir neçə gündür sosial şəbəkələrdə, tərkibində yoluxucu xəstəlik olan bananların satılması ilə bağlı xəbərlər yayılır. İddia olunur ki, ölkəyə gətirilən bananlara iynə vasitəsilə qan xəstəliyi yeridilir. Hətta içərisində qırmızı ləkələr olan bananın şəkli bir neçə saytlarda da yayılıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında bu xəbərləri inandırıcı hesab etmədiyini deyib: "Banan Azərbaycanda 200% baha qiymətlə satılır. Əlavə olaraq ölkəyə geni dəyişdirilmiş bananlar da gətirilir. Lakin, məqsədli şəkildə bu meyvəyə qan xəstəliyinin yeridilməsi şayiədir".

Tibbi ekspert, həkim Rasif Bağırov isə Sputnik-ə deyib ki, qan xəstəliklərinin yaranması olduqca mürəkkəb prosesdir və tibb elmi konkret olaraq bunun səbəbini hələ də açıqlaya bilməyib. Ekspert də yayılan məlumatı şayiədən hesab edir.

"Qan xəstəliyini hər hansı bir formada kiməsə keçirmək mümkün deyil. Çünki qan xəstəliklərinin yaranması insan orqanizmində çox mürəkkəb, yaranma səbəbi bəlli olmayan proseslərdən keçir. Heç kim deyə bilməz ki, filan səbəbdən kimdəsə qan xəstəliyi yaranıb", —deyə R. Bağırov bildirdi.

Onun sözlərinə görə, bu haqda meydana atılan nəzəriyyələr hələ ki nəzəri faktor olaraq qalır: "Yəni obyektiv proseslərə əsaslanmır. Ümumiyyətlə tibbdə qan xəstəliyi yarada biləcək hansısa bir faktor yoxdur. Belə bir proses bəlkə olsa-olsa, Amerikanın gizli laboratoriyalarında kütləvi qırğın məqsədi ilə hazırlana bilər. Ancaq bu özü sadəcə ehtimaldır. Sözüm odur ki, banan meyvəsi ilə bağlı yayılan məlumat şayiədir, heç bir panikaya əsas yoxdur".

Tibb elmləri doktoru, həkim Adil Qeybulla isə iddia edir ki, məsələ çox ciddidir və dövlət bunu təcili araşdırmalıdır. Onun fikrincə, qan elementi nümunəsinin meyvəyə keçirilməsi müəyyən risklər yaradır.

"Lakin yada salmaq lazımdır ki, virus həyatın qeyri-hüceyrəvi formasıdır. O yalnız canlı orqanizmə düşəndən sonra onun resurslarından istifadə edib çoxala bilir. Viruslar canlı həyatdan kənarda artıb çoxala bilmir", —deyə ekspert vurğuladı.

Onun sözlərinə, əgər bu, mümkün olsaydı, Yer kürəsində bəlkə də həyat qalmazdı: "Məsələnin ciddiliyinə gəlincə, bu doğrudan da ciddi məsələdir. Həmin meyvəyə nə yeridilib, hansısa infeksiya var, ya yoxdur, varsa, nə məqsədlə edilib? Dövlətin aidiyyatı qurumları bunu çox diqqətlə və həssas araşdırmalıdır. Çünki bu, cinayət tərkibi olan hadisədir".

A. Qeybulla qeyd edib ki, hər bir ölkənin milli təhlükəsizliyi ilə yanaşı, ərzaq, dərman təhlükəsizliyi konsepsiyaları da var: "Bu, birbaşa genofondun sağlamlığı ilə bağlı olan məsələdir. Lakin təəssüflər olsun ki, dövlət mövzu ilə bağlı gözlə görünən ciddi reaksiya verməyib. Dünyanın ən yüksək səviyyəli laboratoriyalarını cəlb etmək lazımdır ki, məsələni araşdırsın".

Məsələnin həm də kütləvi cinayət xarakteri daşıdığını nəzərə alaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Nazirlikdən Sputnik-ə bildirdilər ki, onlarda belə bir məlumat yoxdur və heç bir şikayət daxil olmayıb.

5644
Teqlər:
virus, xəstəlik, meyvə-tərəvəz, banan
Əlaqədar
İflic və insult risqini azaldan meyvə
Bu meyvə əsəblərinizi sakitləşdirəcək
Qırmızı meyvənin gözəlliyə xeyri
Bu meyvə saçları ağarmağa qoymur
Möcüzəvi bitki: təkcə meyvə deyil, bir şəfa mənbəyidir
Qəza, arxiv şəkli

Biləsuvarda avtomobil kanala aşıb, ölən var

6
(Yenilənib 18:15 30.11.2020)
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib

BAKI, 30 noyabr — Sputnik. Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

6
Teqlər:
Biləsuvar, yaralılar, ölən, sürücü, kanal, BMW, avtomobil, qəza

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

13
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

13
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

0
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

0
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə