Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı rejissorun oğlu itkin düşüb

© Photo : AZƏRTACXətai rayon polis idarəsi
Xətai rayon polis idarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Fikrət Əliyevin oğlu Rəşad Əliyev yanvarın 25-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb

BAKI, 27 yan — Sputnik. Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyev itkin düşüb. Bu barədə APA-ya R. Əliyevin həyat yoldaşı İlahə Əliyeva məlumat verib. Onun sözlərinə görə, R. Əliyev yanvarın 25-də səhər saatlarında evdən çıxıb, geri qayıtmayıb.

"Telefonu söndürülüb, heç bir xəbər yoxdur. İş yeri ilə əlaqə saxlamışıq, deyiblər, işə də gəlmir. Polisə məlumat vermişik, axtarış aparılır. Sabah cinayət işinin başlanması gözlənilir", —deyə İ. Əliyeva bildirib.

İ. Əliyeva əlavə edib ki, R. Əliyevlə bağlı buna oxşar narahatlıq olmayıb: "Biz 12 ildir, ailəliyik, indiyədək buna oxşar hadisə olmayıb. Atası da ağır xəstədir, ondan gizlədirik ki, vəziyyəti daha da pisləşməsin. Rəşad axır vaxtlar fikirli olurdu, amma ünsiyyətə açıq olmadığı üçün nə problemi olduğunu demirdi".

Qeyd edək ki, R. Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışır.

Xəbər lenti
0