Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabahın hava proqnozu açıqlandı

© Sputnik / Murad OrujovBakıda qar
Bakıda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, rayonlarda isə cənub-qərb küləyinin əsəcəyi, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir

BAKI, 27 yan — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gündüz mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.

Qar - Sputnik Azərbaycan
Qarlı hava yanvarın 27-də də müşahidə ediləcək

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-6 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Xəbər lenti
0