Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sərhəddə külli miqdarda narkotik ələ keçirildi

© dsx.gov.azNarkotik qaçaqmalçıları
Narkotik qaçaqmalçıları - Sputnik Azərbaycan
Abunə olmaq
Füzuli rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində nəzarətedici vasitələrə baxış keçirən sərhəd naryadı tərəfindən nəzarət iz zolağında sərhəd pozucularına məxsus iz aşkar edilib

BAKI, 19 yan — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. DSX-nın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

Bildirilir ki, 16 yanvar 2016-cı il tarixdə saat 01:00 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində nəzarətedici vasitələrə baxış keçirən sərhəd naryadı tərəfindən nəzarət iz zolağında sərhəd pozucularına məxsus iz aşkar edilib. Horadiz sərhəd dəstəsinin və sərhəd zastavasının ehtiyyat qüvvələri tərəfindən həyata keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində Füzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu saxlanıl­mışlar. Onların üzərində külli miqdarda narkotik maddə olan 2 kq həşiş, 1 kq 140 qram marixuana, 25 qram heroin və 30 qram tiryək aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Füzuli rayon sakinləri Məmmədov Elvin Allahverdi oğlu, Əhmədov Eloğlan Seyfi oğlu və Abdullayev Murad Akif oğlu müəyyən­ləşdirilərək saxlanılıblar. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0