Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Baş Prokurorluq: "Füzuli hadisələri ilə bağlı heç kim tutulmayıb"

© Sputnik / Anar MustafaevBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan
Abunə olmaq
Eldar Sultanov: "Füzuli rayon Polis Şöbəsinin əməkdaşı Samir Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin İsmayılovun Füzulidə baş verən hadisələrlə əlaqədar tutulması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil"

BAKI, 15 yan — Sputnik. Bahalaşmaya etiraz olaraq Füzulidə baş verən etirazlarla bağlı hər hansı polis əməkdaşı tutulmayıb. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E.Sultanov deyib ki, Füzuli rayon Polis Şöbəsinin əməkdaşı Samir Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin İsmayılovun Füzulidə baş verən hadisələrlə əlaqədar tutulması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Daxili işlər nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bölgələrdə keçirilən etiraz aksiyaları ilə bağlı rəsmi məlumat yayılıb

Bu gün Quba rayon sakinlərinin rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşü də keçirilib. Görüşdə Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, İH başçısının müavini Yusif Abidov, hüquq-mühafizə orqanlarının rəhbərliyi iştirak edib. Vətəndaşlar süni qiymət artımı ilə bağlı öz şikayətlərini rayon rəhbərliyinə çatdırıblar.

Quba rayon İH başçısının müavini Yusif Abidov APA-nın yerli bürosuna bildirib ki, İH başçısı mövcud problemlərin həlli istiqamətində ölkə rəhbərliyi səviyyəsində iş görüldüyünü, problemlərin həlli istiqamətində iş aparıldığını deyib. Onun sözlərinə görə, əhali əsasən fərdi problemləri ilə bağlı müraciət edib.

Xəbər lenti
0