Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah paytaxtda hava küləkli olacaq

Abunə olmaq
Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 11 yan — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə yanvarın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 6-11 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq. 

Xəbər lenti
0