İki uşaq anası dərmandan zəhərlənib

27
Yanvarın 7-i axşam saat 19 radələrində Qax şəhəri Məmmədəli Əmirov küçəsi ev 21 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Aybəniz Süleymanova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

BAKI 7 yan — Sputnik. Qaxda iki uşaq anası dərmandan zəhərlənib.

Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, yanvarın 7-i axşam saat 19 radələrində Qax şəhəri Məmmədəli Əmirov küçəsi ev 21 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Aybəniz Rəcəb qızı Süleymanova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, iki uşaq anası olan 38 yaşlı Aybəniz Süleymanova hələlik məlum olmayan səbəbdən 5 ədəd dərman içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A. Süleymanova lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

27