Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“Günəşli” yatağında yanğın hələ söndürülməyib

© fhn.gov.azGünəşli platformasında yanğının söndürülməsi
Günəşli platformasında yanğının söndürülməsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşənlərin axtarışı hələ də davam etdirilir.

BAKI, 24 dek — Sputnik. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Bu barədə Sputnik Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Məlumata əsasən, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsöndürmə gəmisi özüldəki yanğının söndürülməsi, Aviasiya dəstəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarışını davam etdirir.

Günəşli platformasında baş verən yanğının söndürülməsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Günəşli" qəzasının qurbanlarının ailələrinə 15 min manat veriləcək

Dekabrın 4-də "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışına FHN-in, DSX-nın, Dövlət Dəniz Administrasiyasının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin gəmiləri cəlb olunub.

Xəbər lenti
0