Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Maşallah Əhmədov həbs edilib

Maşallah Əhmədov
Maşallah Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Veteran futbolçunu 72 min manat məbləğində dələduzluqda ittiham edirlər.

BAKI, 15 dek — Sputnik. Azərbaycan futbolunun, Bakının "Neftçi" klubunun 70-80-ci illərdə ən güclü hücumçularından biri olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb. Sputnik-in “bizimyol.info"ya istinadən xəbərinə görə, veteran futbolçu Bakının Binəqədi rayon Polis İdarəsi tərəfindən həbs edilib.

Əhmədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. Veteran futbolçu 72 min manat məbləğində dələduzluqda ittiham olunur. 

Maşallah Əhmədov 1977-ci ildən Bakının “Neftçi” klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ildən "Neftçi" klubunun digər veteran futolçusu olan İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Xəbər lenti
0